Dubay əmirinin arvadı sevgilisinə susması üçün 1,2 milyon sterlinq ödəyibmiş

22.11.2020 - 15:12

Dubay əmiri Şeyx Məhəmməd ibn Rəşid əl-Maktumun 6-cı arvadı, iki uşaq anası şahzadə Hayanın gizlin eşq yaşaması və Şeyxdən boşanması dünya mediasının gündəmi olmuşdu. Haya ötən il Birləşmiş Ərəb Əmirliyindən İngiltərəyə qaçaraq, Londona yerləşmişdi. Bu olayın yeni təfərrüatları üzə çıxıb. 

“Dail Mail”in yazdığına görə, Haya ötən il İngiltərədən sığnacaq istəsə də onun bu istəyi rədd edilmişdi. Vəziyyəti belə görən Hayanın qardaşı, İordaniya kralı Abdullah hərəkətə keçərək 2019-cu ilin 2 sentyabrında bacısının İordaniya Londondakı səfirliyinə diplomat təyin olunması ilə bağlı əmr vermişdi. İngiltərə onu diplomat kimi qəbul etmiş və Haya Londonda yaşamağa başlamışdı. Ardından isə əri Şeyx Məhəmməd ibn Rəşid əl-Maktuma boşanma davası açmışdı.

Bu günlərdə isə şahzadə Hayanın ingilis mühafizəçi Flauverslə iki il Şeyxə xəyanət etdiyi barədə iddialar yayılıb. Məlumata görə, Haya sevgilisi olan mühafizəçi Russel Flauversə yaşadıqları gilzi eşq barəsində susması üçün ona 1,2 milyon funt-sterlinq ödəyib. Bundan başqa, Flauversə 50 min funt-sterlinq dəyərində antikvar tüfəng, bahalı saatlar və üzüklər hədiyyə edib.

Beləliklə, şahzadə Haya Dubay əmiri olan ərinin qəzəbindən yayınmaq üçün ölkədən qaçıb. Bundan əvvəl isə o, bəyan edirdi ki, Londona qaçmağına səbəb əl-Maktumun 11 yaşlı qızları Calilonu ərə vermək istəməsidir.

“Dail Mail”in yazdığına görə, qalmaqallı eşq macərası ucbatından 37 yaşlı Flauversin 4 illik nikahı da bitib.

Qeyd edək ki, Haya ilə Flauversin sevgi macərası 2016-cı ildən başlayıb. Həmin il Flauvers şahzadənin mahfizəçisi kimi işə düzəlmişdi. Onların sevgi macəraları iki il davam edib. Lakin şeyx bu macəradan xəbər tutduqdan sonra Haya iki övladı ilə birlikdə Londona qaçıb. Hazırda o, dəyəri 85 milyon funt-sterlinq olan malikanəsində yaşayır.

O da məlum olub ki, Rəşid əl-Maktumun məhkəmənin ictimaiyyətə açıq olmamasını tələb edib. Lakin məhkəmə onun bu istəyini rədd edib.

Xatırladaq ki, 2018-ci ildə əl-Maktumun qızı Lətifə də Dubaydan sabiq fransız xəfiyyəsi Erve Joberin köməyi ilə qaçmağa çalışsa da, buna nail olmamışdı. O vaxtdan Lətifə əsir kimi saxlanılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157628

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30