Almaniya sərt karantinə keçir

13.12.2020 - 10:25

Almaniyada ən gec 16 dekabrdan etibarən sərt karantinin tətbiq edilməsi ilə bağlı federal və regional səlahiyyətliləri arasında razılıq əldə edilib.

“Report” xəbər verir ki, bu barədə “Business Insider” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Almaniya kansleri Angela Merkelin ofisi lokdaunun 15 dekabrda tətbiq olunmasını israr edir. Bu barədə son qərar bazar günü, kanslerlə federal əyalətlərin baş nazirləri arasında onlayn baş tutacaq konfrans zamanı veriləcək.

Planlaşdırıldığı kimi, maksimum beş nəfərin fərdi evlərdə və mənzillərdə görüşməsinə icazə veriləcək. Bu qayda 14 yaşdan kiçik uşaqlara şamil edilmir. Lakin 24-26 dekabr tarixləri arasında yalnız qohum şəxslər arasında, ən çox 10 nəfərin görüşməsinə icazə verilməsi gözlənilir.

Kansler ofisi ilə bölgə rəhbərləri arasında məktəb və uşaq bağçalarının bağlanması ilə bağlı fikir ayrılıqları mövcuddur. 10 yanvar tarixinə qədər məktəblərdə təhsilin yalnız onlayn şəkildə təşkil ediləcəyi barədə prinsipial razılıq əldə edilsə də, uşaq bağçalarının fəaliyyəti ilə bağlı məsələ açıq olaraq qalır .

Merkelin ofisi uşaq bağçalarının ən azı 10 yanvaradək bağlanmasını istəyir, yerli orqanlar isə açıq qalmalarını israr edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158362

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31