Bayden Putinə qarşı and içib: 2021-də ABŞ-Rusiya gərginliyi dərinləşəcək? – Rəy

31.12.2020 - 16:22

ABŞ-ın yeni prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putin kimi avtokratik liderlərə qarşı çıxacağına söz verib. 

Musavat.com xəbər verir ki, Ağ Ev sahibi Putinə qarşı dayanacağına və NATO ittifaqını gücləndirməyə and içib.

Bu haqda “Amerikanın səsi” radiosu xəbər yayıb. Təhlilçilər Vaşinqton – Moskva əlaqələrində dəyişiklik gözləmir. Hətta Baydenin dönəmində münasibətlərin gərginləşəcəyi proqnozlaşdırılır.

Hazırkı prezident Donald Tramp Rusiya siyasətində radikal kurs götürməmişdi. Respublikaçı lider buna görə tənqid olunurdu.
Baydenin gəlişindən sonra 2021-ci ildə ABŞ-Rusiya münasibətlərinin yeni gərgin fazaya qədəm qoyacağı ehtimal edilir. Yeni prezidentin açıqlamaları da bu gözləntiləri gücləndirir. Ümumiyyətlə, ABŞ və NATO-nun Rusiya siyasətində 2021-ci ilin kritik dövr olacağı söylənir.

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü pozmaqda davam etdiyini və Krımda hərbi gücünü artırdığını deyir.

Bu, NATO və Baydenin qarşılaşacağı əsas çətinliklərdir. 2021-ci ildə ABŞ-Rusiya arasında “soyuq müharibə”nin dərinləşəcəyi gözlənilir.

Siyasi təhlilçi Ramiyə Məmmədovanın Musavat.com-a bildirdiyinə görə, Baydenin siyasətinin ana xəttini İran təşkil edəcək.

Onun fikrincə, ABŞ prezidenti Tehrana qarşı sanksiyaların bir qismini ləğv etməyə hazırlaşır: “Baxmayaraq ki, İranın nüvə aliminin qətli, Amerikanın bombardmançı təyyarələrinin Fars körfəzinə yaxınlaşması bu prosesə zərbə vurdu. Tramp prezidentlikdən gedişi ərəfəsində işləri korladı.

Elə onun dövründə iranlı general Qasim Süleymaninin öldürülməsi də Vaşinqton – Tehran münasibətlərində əsas gərginliyin təməli oldu.

Tramp Rusiya ilə yola getsə də, İranla kobud siyasət apardı. Bayden isə tam əksinə düşünür. O, Tehrana kökə, Moskvaya qamçı haqda fikirləşir”.

Politoloqun sözlərinə görə, Almaniya da NATO-nun güclənməsinin tərəfdarı olduğunu bəyan edib və ABŞ-ın müttəfiqi olduğunu xatırladıb, bu mövqe də Putin əleyhinə yeni təzyiqlərlə müşayiət oluna bilər:  “Avropa Navalnıya görə Rusiyaya yeni sanksiyalar tətbiq edəcək. Bayden inaqurasiyadan sonra sanksiyaları gücləndirəcək. Yeni prezident Türkiyəyə qarşı da təzyiqlərdən söz açır. Amma bunun uzunmüddətli olacağını gözləmirəm. Çünki bu təzyiqlər Türkiyəni Rusiya ilə daha da yaxınlaşdıracaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159106

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031