Donald Trampın prezidentlik uğrunda son çırpıntıları: Bu dəfə o, Corciya ştatının dövlət katibini yola gətirməyə çalışıb

04.01.2021 - 17:05

ABŞ prezidenti Donald Tramp Ağ Evi son günə qədər döyüşsüz təslim etmək istəmir.

musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, bununla bağlı CNN telekanlında maraqlı məlumat yayılıb.

Kanalın informasiyasına əsasən, ABŞ-ın hazırkı dövlət başçısı Corciya ştatının dövlət katibi Bred Raffenspergerə qarşı təzyiq göstərərk seçkinin nəticələrinin onun xeyrinə dəyişdirilməsini istəyib.

Xstırladaq ki, həmin ştatda Demokrat partiyasından olan namizəd Co Bayden qalib elan olunub. Rəqiblər arasındakı fərq olduqa cüzidir. Belə ki, burada Co Baydenin 2,473, 633, Donald Trampın isə 2,461,854 səs topladığı bildirilir.

“The Washington Post” qəzetinin xəbərinə əsasən, Donald Tramp partiyadaşı sayılan Bred Raffenspergeri alınan məticəyə görə danlayıb və məhz özünün daha çox səs yığdığını, seçkilərin saxtalaşdırıldığını iddia edib.

“Corciya xalqı qəzəblidir, bütün ölkə qəzəblidir. Ona görə də siz nəticələrin dəyidşrilidiyini söyləməlisiniz”, – deyə, prezident ştat rəsmisinə bildirib.

“Cənab prezident, problem burasındadır ki, əlinizdəki məlumatlar yanlışdır”, – deyə, Raaffenspergerin cavabı qısa olub.

“Mən sadəcə aradakı 11780 səsi tapmaq istəyirəm. Çünki əminəm ki, həmin ştatda məhz biz qalib gəldik. Siz düzgün seçkilər keçirməli idiniz. Özü də mənim kim respublikaçısınız”, – hazırkı dövlət başçısı qəzəbini ifadə edib.

Qeyd etəmək lazımdır ki, Ağ Ev bununla bağlı ortaya çıxan informasiyanı şərh etməkdən boyun qaçırıb.

CNN isə birbaşa B.Raffenpergerin ofisi ilə birbaşa əlaqə saxlayıb. Burada prezident Trampla olan söhbətin lentə alındığını və prezidentin söhbətin məzmununu inkar və ya təhrif etməsi halında onu dərhal yayacaqlarını söyləyiblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159239

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031