Vaşinqtonda 15 günlük fövqəladə vəziyyət elan edilib, 52 nəfər həbs olunub

07.01.2021 - 11:08

Vaşinqtonda fövqəladə vəziyyətin müddəti uzadılıb.

APA-nın “NBCNews” kanalına istinadən verdiyi xəbərə görə, bu barədə Kolumbiya ştatının meri Myuriel Bauzer bildirib.

Fövqəladə vəziyyətin daha 15 gün uzadıldığını vurğulayan mer qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp qəzəb və şiddətə heyrandır.

Daha əvvəl şəhərdə saat 18:00-06:00 (yerli vaxtla) komendant saatı elan olunub.

Vaşinqtonun polis rəisi isə bildirib ki, Prezident D. Trampın tərəfdarlarının ABŞ Konqresinə hücumu nəticəsində baş verən toqquşmalarda dörd nəfər ölüb, polis 52 nəfəri həbs edib.

Xatırladaq ki, hazırkı Prezident D. Trampın tərəfdarları yeni seçilmiş Prezident Co Baydenin qələbəsinin Senat tərəfindən təsdiqlənməsinə mane olmaq üçün oraya hücum edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159403

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930