ABŞ Konqresi seçkinin nəticələrini təsdiqləmək üçün birgə iclası bərpa edib

07.01.2021 - 11:09

ABŞ Konqresi prezident seçkisinin nəticələrini təsdiqləmək üçün Senat və Nümayəndələr Palatasının birgə iclasını bərpa edib.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Daha əvvəl Konqresin palataları yalnız Alabama və Alyaskadan olan seçənlərin səslərini təsdiqləyiblər, ardından prezident Donald Trampın tərəfdarlarının Kapitolidə təşkil etdikləri iğtişaşlar səbəbindən iclas uzun müddətə dayandırılıb.

Axşam yenidən bir araya gələn deputatlar üç saata yalnız Arizona ştatından olan səsləri təsdiqləyiblər. Hələ 47 ştat üzrə səslərin təsdiqlənməsi qalır və senatorlar və Nümayəndələr Palatasının üzvləri tərəfindən hansına etiraz ediləcəyi bəlli deyil. Əvvəlcədən Cozef Baydenin qısa zamanda prezident elan edilməsinin əleyhdarları bir sıra ştatlarda elan olunan nəticələrə etiraz etməyi planlaşdırırdı, lakin iğtişaşlar onların planlarını dəyişdirə bilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159406

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031