Hansı ölkələrdə vaksinasiya gedir?

11.01.2021 - 15:22

Dünya tarixində ən nəhəng vaksinasiya prosesi gedir. Hazırda 42 ölkədə əhali koronavirusa qarşı peyvənd olunur.

Novator.az-ın məlumatına görə, statistikanı yanvarın 11-də “Bloomberg” agentliyi yayıb.

Agentliyin bildirdiyinə görə, bugünədək 42 ölkədə adamlara ümumilikdə 25 milyon doza peyvənd vurulub.

İsraildə vaksinasiya daha sürətlə gedir. Bu ölkədə hər 100 adamdan 20,1 nəfəri artıq peyvənd olunub.

Vaksinasiya prosesinin sürətinə görə Birləşmiş Ərəb Əmirlikləri ikinci yerdə durur. Burada hər 100 adamdan 10,1 nəfəri peyvənd olunub.

Bəhreyn üçüncü (hər 100 adamdan 6 nəfəri peyvənd olunub), Böyük Britaniya dördüncü (hər 100 adamdan 3 nəfəri peyvənd olunub), ABŞ beşinci (hər 100 adamdan 2,4 nəfəri peyvənd olunub), Danimarka altıncı (hər 100 adamdan 2 nəfəri peyvənd olunub), İslandiya yeddinci (hər 100 adamdan 1,4 nəfəri peyvənd olunub), İtaliya səkkizinci (hər 100 adamdan 1 nəfəri peyvənd olunub) yerdədir.

Qalan ölkələrdə peyvənd olunanların sayı daha azdır, göstərici hələ ki, 100 adamdan 1 nəfərə çatmır.

Həmin ölkələr bunlardır: Sloveniya, Kanada, Litva, Estoniya, Portuqaliya, Çin, Almaniya, Xorvatiya, İspaniya, Rumıniya, Rusiya, Polşa, Slovakiya, Macarıstan, Yunanıstan, İsveç, Səudiyyə Ərəbistanı, Oman, Norveç, İrlandiya, Latviya, Argentina, Finlandiya, Lüksemburq, Bolqariya, Çexiya, Niderland, Avstriya, Fransa, Meksika, Küveyt, Kosta-Rika, Qvineya, Çili.

Dünyanın qalan ölkələrində vaksinasiya hələ ki, başlanmayıb.

2019-cu ilin dekabrında Çində üzə çıxan koronavirus infeksiyası indiyədək dünyada 1 milyon 9943 mindən çox adamın ölümünə səbəb olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159642

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031