İran ABŞ-la gərginliyin artması fonunda ballistik raket təlimləri keçirir

16.01.2021 - 12:07

İran hərbi qüvvələri ölkənin nüvə proqramı ilə bağlı gərginliyin artması və ABŞ-ın Tehrana qarşı təzyiq kampaniyası fonunda ballistik raketlərin iştirakı ilə hərbi təlimlər keçirib.

İran dövlət televiziyası yanvarın 15-də İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) təlimlər çərçivəsində ölkənin mərkəzindəki səhralıqda süni düşmən bazalarına qarşı bir neçə yerüstü ballistik raket atdığını bildirib.

Təlimdə Zülfüqar və Dezful ballistik raketlərinin, həmçinin bomba daşıma qabiliyyətində olan dronların da iştirak etdiyi bildirilir.

İran raketləri 2000 kilometr uçuş qabiliyyətinə malikdir ki, İranın yaxın şərqdəki əzəli düşməni və ABŞ bazalarının Yaxın Şərqdə yerləşdiyi İsrail dövlətinə çata bilər. İran son həftələrdə Ağ Evi tərk etməyə hazırlaşan ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə yaşanan gərginliklərdən sonra hərbi təlimlərini artırıb.
Bu həftənin əvvəlində İran donanması Əmman körfəzində iki günlük qısa mənzilli raket təlimləri keçirib. Bunun ardınca isə İslam İnqilabı Keşikçiləri Korpusu İran körfəzində dəniz paradı təşkil edib.

“Düşmənlər bilməlidirlər ki, İran İslam Respublikasının dəniz sərhədlərində baş verə biləcək hər hansı bir pozuntu və təcavüz zamanı sahildən və dənizdən qanadlı raketlərlə hədəfə alınacaqlar”, – deyə, kontr-admiral Həmzə-Əli Kaviani xəbərdar edib.

ABŞ və İran arasında gərginlik 2018-ci ildə, Trampın ABŞ-ı 2015-ci il nüvə razılaşmasından çıxarmasından sonra artıb və bu gərginlik yetəri qədər dərinləşib. 20 yanvar tarixində andiçmə mərasimi keçiriləcək ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden İranın şərtlərinə əməl edəcəyi təqdirdə Vaşinqtonun yenidən müqavilə bağlaya biləcəyinə işarə edib.

Lakin İran rəsmiləri əvvəlcə ABŞ-ın sanksiyaları ləğv etməli olduğuna israr edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159802

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930