Navalnının mətbuat katibinə 9 sutkalıq həbs cəzası verilib YENİLƏNİB

22.01.2021 - 15:10

Rusiyalı müxalifət lideri Aleksey Navalnının mətbuat katibi Kira Yarmışa 9 sutkalıq həbs cəzası verilib.

“Report” xəbər verir ki, bu barədə o öz tvitter səhifəsində məlumat verib.

“Nə edəcəyinizi bilirsiniz. Yanvarın 23-ü saat 14:00-da şəhərlərinizin mərkəzi küçələrinə gəlin!”, – deyə K.Yarmış əhalini etiraz etməyə çağırıb.

***

Qurucusu rusiyalı müxalifətçi Aleksey Navalnı olan Korrupsiya ilə Mübarizə Fondunun (KMF) iki əməkdaşı polis tərəfindən saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Dojd” telekanalı yayıb.

Bildirilib ki, saxlanılanlar A.Navalnının mətbuat katibi Kira Yarmış və KMF-nin əməkdaşı Georgi Alburovdur.

Məlumata görə, Kira Yarmışı evindən aparıblar. 31 yaşlı qadının saxlanılmasında polisin 5, ekstremizmlə mübarizə şöbəsinin 2 əməkdaşı iştirak edib.

Siyasətçinin mətbuat katibi bununla bağlı tvitterdə yazıb:

“Məni birgecəlik inzibati qaydada həbs olunanların kamerasında saxlayacaqlar. Məhkəmə sabah olacaq, saatı məlum deyil. Yanvarın 23-ü əfsanəvi olacaq”.

Xatırladaq ki, yanvarın 18-də Aleksey Navalnı Almaniyadan müalicədən qayıtdıqdan sonra Rusiyanın paytaxtı Moskvada hava limanında həbs olunub. O, sınaq müddətini dəfələrlə pozmaqda təqsirli bilinir. Siyasətçi bütün ittihamların uydurma olduğunu və birbaşa ölkə başçısının sifarişi ilə gerçəkləşdiyini iddia edir. A.Navalninin həbsindən 1 gün sonra onun yutub kanalında Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafı ilə birgə qurduğu korrupsiya sxemləri və sarayı barədə 2 saatlıq sənədli film yayımlanıb. Video qısa zamanda 50 milyondan çox izləmə sayı toplayıb. Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin trend videolar sırasında yer alıb.

Yanvarın 23-də müxalifətçinin həbsinə etiraz olaraq Rusiyanın bir çox bölgələrində kütləvi mitinqlər planlaşdırılı

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160165

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031