Maduro: “Ölkənin şərqində qaz kəmərinə terror hücumu edilib”

24.01.2021 - 11:14

Venesuela prezidenti Nikolas Maduro “Petroleos de Venezuela” dövlət neft şirkətinin (PDVSA) qaz-boru kəmərinə edilmiş və ölkənin şərqindəki Ansoateqi ştatında böyük yanğına səbəb olan terror hücumunu pisləyib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə başçısı bu barədə öz çıxışında deyib. Maduronun çıxışı özünün “YouTube” kanalında da canlı olaraq yayımlanıb.

“Bu gün biz şərqdəki qaz-boru kəmərində terror hücumu ilə üz-üzə qaldıq və nəticədə güclü yanğın baş verdi. Hazırda “Petróleos de Venesuela” şirkətinin işçiləri yanğına nəzarət edir”, – deyə Maduro bildirib.

Prezidentin sözlərinə görə, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb, şirkət əməkdaşları qaz sızmasını dayandırıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160227

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930