cumhuriyyet.net
Rusiyada ötən gün 575 nəfər koronavirusdan ölüb • Cumhuriyyət
Rusiyada son bir gündə daha 19 138 nəfərə COVID-19 diaqnozu qoyulub. “Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 793 810 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 575 nəfər artaraq 71 651-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 229 258 nəfər sağalıb.
nesimi