Ukrayna erməni rejissoruna qadağa qoydu

28.01.2021 - 16:42

Ukrayna Rusiyanın tanınmış teleaparıcısı Tiqran Kosayanın ölkəyə gəlişini yasaqlayıb.

Musavat.com xarici agentliklərə xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oleq Nikolenko “tvitter”də məlumat yayıb.

Məlum olub ki, Tiqran Kosayan, onun arvadı, Rusiyanın qara təbliğat maşınlarından “Russia Today” kanalın baş redaktoru Marqarita Simonyan və jurnalist Roman Babayan Ukraynanın işğal olunmuş Donetsk şəhərində keçirilən “Russkiy Donbass” adlı forumda iştirak ediblər.

“Rusiyanın qara təbliğatçıları Donetskə gəliblər. Yəqin ki, işğal altında olan Ukrayna ərazilərindəki “Rus dünyası” nın bağları o qədər də sarsılmaz deyil”,-deyə O.Nikolenko yazıb.

Qeyd etmək lazımdır ki, adları çəkilən digər iki erməni jurnalist çoxdan rəsmi Kiyevin “qara siyahısı”nda olub. Onların hər ikisi rəhbərlik etdikləri kanal və proqramlarda Ukrayna xalqını, onun dövlətini təhqirlə məşğuldurlar.

Bundan başqa, Ukrayna Mədəniyyət nazirliyi rusiyalı müğənni Alyona Apinanı “ölkənin milli təhlükəsizliyini təhdid edən” mədəniyyət xadimlərinin siyahısına daxil edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160377

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930