Tayland kralı yenidən gündəmdə: Bu dəfə məşuqəsinə keçirdiyi ad günü qalmaqala səbəb oldu – FOTOLAR

30.01.2021 - 14:39

Tayland Kralı Maha Vajiralongkorn tez-tez dünya mətbuatının gündəmini zəbt etməyi bacarır. Hər zaman aldığı qərarlar ilə insanları təəccübləndirən kral bu dəfə də dünyanın gündəmindədir.

2019-cu ildə rəsmi məşuqəsi elan etdiyi 36 yaşlı Sineenat Wongvajirapakdiyə doğum günü münasibətilə ikinci kraliça adını bəxş edib. Sineenat Wongvajirapakdi krala təşəkkür edərək, bu vəziyyətdən çox məmnun olduğunu söyləyib.

Kralın məşuqəsinin doğum günü ölkənin paytaxtı Banqokdakı bir buddist məbədində qeyd edilib.

Sineenat Wongvajirapakdi əvvəllər kralın generallarından biri idi. Daha sonra kral onu özünə məşuqə edib.

Kral onu 2019-cu ildə sədaqətsizlik ittihamı ilə həbsxanaya göndərmişdi.

Ötən ilin sentyabr ayında məşuqəsini bağışlayan kral, onu 20 qadının yanında qaldığı Almaniyadakı hərəmxanasına çağırdı.

Kral  Almaniyada bir oteli bağlatdıraraq, özünə hərəmxana qurub, koronavirusa görə təcrid olundu. O, bu hərəkəti ilə də dünyanın gündəmini zəbt etdi.

Qeyd edək ki, Maha Vajiralongkorn keçmiş qadın mühafizəçisi Sineenat Wongvajirapakdini həyat yoldaşının gözləri önündə məşuqəsi elan edib.

Kralın bunu 3 ay öncə evləndiyi həyat yoldaşının gözləri önündə etməsi böyük səs-küy yaradıb. Hətta mərasim zamanı kralın məşuqəsi elan etdiyi qadın(Sineenat Wongvajirapakdi) onun ayaqlarına qapanıb. Kral Maha da onun başından aşağı müqəddəs su tökərək, məşuqəsi elan edib.

Bu hadisə Taylanda tarixində 1932-ci ildən bu yana ilk dəfə baş verib. Tayland kralının “rəsmi məşuqəsi” elan edilən, hazırda isə “İkinci kraliça” tituluna sahib olan Sineenat Wongvajirapakdi əvvəllər hərbi xəstəxanada həkim olaraq işləyib.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160389

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930