5 milyard insan bu xəstəliyə tutula bilər

01.02.2021 - 10:25

Pandemiya dövründə insanların böyük əksəriyyəti təhsilini və işini evdən distant formada idarə edir. Nəticədə planşet, kompüter və smartfonların istifadəsinə geniş yer verilir.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu cihazlardan mütəmadi istifadə miyop (uzağı görməmək ) xəstəliyinə gətirib çıxarır.

Niderland və Çində aparılan araşdırmalar, Covid-19 pandemiyası səbəbiylə tətbiq olunan məhdudiyyətlər nəticəsində görmə zəifliyinin artdığı ortaya çıxarıb.

Mütəxəssislərin fikrincə, bunun səbəbi insanların iş və təhsillə yanaşı, asudə vaxtlarında da planşet, kompüter və smartfonlardan çox istifadə etməsidir.Gözlərimiz daim yaxın yerə fokuslanır və uzağı görmə qabiliyyətini yavaş-yavaş itiririk.

Çində 6-8 yaşlı 120 min uşaq arasında aparılan araşdırmalar zamanı pandemiya səbəbi ilə miyop (uzağı görməmək) xəstəliyinin üç dəfə artdığı müşahidə edilib. Bu xəstəliyin qarşısı alınmadıqda, retina zədələnmələrinə, gözdə yüksək təzyiq nəticəsində yaranan kataraktaya və hətta sonrakı yaşlarda korluğa da səbəb ola bilir.

Göz sağlamlığı ilə bağlı araşdırma aparan Brien Holden İnstitutunun mütəxsəssisləri, 21-ci əsrin ortalarına qədər dünyada təxminən beş milyard insan bu xəstəliyə tutula biləcəyini açıqlayıb.

Xüsusilə sənayesi inkişaf edən ölkələrdə bu rəqəm son illərdə xeyli artmışdır. Tədqiqatlar göstərib ki, təhsil imkanları və ali təhsil səviyyələrinin artmasının görmə zəifliyinin yayılması birbaşa əlaqəsi var.

Mütəxəssislər kompüterlər, smartfonlar və tabletlərdən mütəmadi istifadəni azaltmağı və çöldə təmiz havada xeyli vaxt keçirməyi tövsiyyə edirlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160427

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31