Bu gündən Gürcüstan vaksin vurduran xarici ölkə vətəndaşlarının ölkəyə daxil olmasına icazə verib

01.02.2021 - 10:47

Bu gündən etibarən istənilən xarici ölkə vətəndaşının hava yolu ilə Gürcüstana daxil olmasına icazə verilib.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Qurumlararası Kordinasiya Şurasının bir neçə gün öncə qəbul etdiyi qərarına əsasən, bunun üçün sərhəd keçid məntəqəsində xarici ölkə vətəndaşından koronavirus  (COVİD-19) əleyhinə vaksinin hər iki dozanın vurulması  və ya  tamamlanmış vaksinasiya  haqqında sənəd tələb ediləcək.  Sənəd təqdim edildiyi təqdirdə xarici ölkə vətəndaşı qeyd-şərtsiz Gürcüstana buraxılacaq.

Vaksinasiya olunmamış Avropa İttifaqı, İsrail, İsveçrə, ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn vətəndaşları və ya rezidentəri üçün isə fərdi izolyasiya rejimi ləğv edilib və onlardan ölkəyə daxil olarkən son 72 saat ərzində edilmiş və cavabı neqativ olan “PZR” testi tələb ediləcək. Həmin şəxslər ölkəyə daxil olmalarının üçüncü günündə öz hesablarına təkrar testdən keçməli olacaqlar.

Qərara müvafiq olaraq Qurumlararası Kordinasiya Şurası hava yolu şirkətlərini Gürcüstana uçuşlar həyata keçirərkən tam vaksinasiyanı təsdiqləyən sənədi və ya neqativ cavablı “PZR” testinin nəticəsini təqdim etməyən  sərnişinləri təyyarəyə buraxmamağa çağrıb.

Baş nazir Giorgi Qaxaria bir neçə gün öncəki açıqlamasında bildirib ki, ölkənin quru sərhədləri ilə daxil olma rejiminin dəyişdirilməsi istiqamətində də iş davam etdirilir və bu məqsədlə epidemioloji trendlər müşahidə edilir, vəziyyətin təhlilinə əsasən müvafiq qərarlar qəbul edilək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160441

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930