Emmanuel Makron Donald Trampın “mikrofonunu kəsən” sosial platformaları sərt tənqid edib

05.02.2021 - 17:04

“Mən əsas qərarların özəl şəxslər, oyunçular, özəl sosial şəbəkələr tərəfindən verildiyi demokratik şərtlərdə yaşamaq istəmirəm”

Fransa prezidenti Emmanuel Makron beynəlxalq sosial şəbəkələrin ABŞ-ın keçmiş prezidenti Donald Trampın mikrofonunu kəsmək qərarını sərt şəkildə tənqid edib.

Musavat.com xarici agentliklərə istinadən bildirir ki, Fransa lideri bununla bağlı fikirlərini Atlantik şurası forumunda çıxışında paylaşıb.

Emmanuel Makronun fikrincə “Twitter” və “Facebook”un Ağ Evin keçmiş rəhbərini sosial şəbəkələrdən ayırmaq qərarı yalnız qısamüddətli perspektivdə fayda verə bilərdi. Lakin bunu qətiyyən “demokratik cavab” adlandırmaq olmaz.

Qeyd etmək lazımdır ki, “Apple” və “Google”da Tramp tərəfdarları arasında olduqca populyar olan “Parler” proqramını da ləğv edib. “Reddit”, “TikTok” kimi digər platformalar da keçmiş prezidenti dəstəkləyən bütün kanalları siliblər.

Fransa prezidenti Donald Trampın və onun dəstəkçilərinin özlərini ifadə etmək hüququndan məhrum olunmasının yolverilməz olduğunu vurğulayıb. “Mən əsas qərarların özəl şəxslər, oyunçular, özəl sosial şəbəkələr tərəfindən verildiyi demokratik şərtlərdə yaşamaq istəmirəm. Mən bu tip qərarların qanunla, demokratik liderlərin razılığı, müzakirələrlə və nümayəndəli idarəçiliklə qəbul olunmasının tərəfdarıyam”,-deyə o bildirib.

Emmanuel Makron sosial şəbəkələri həm ABŞ, həm də Fransada siyasi zorakılığı qızışdırmaqda da ittiham edib.
“Demokratiyalarımızda baş verən və “yeni həyat tərzinə” çevrilən yeni zorakılıq halları məhz bu sosial şəbəkələrlə bağlıdır”,-deyə o, söyləyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160666

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930