Pekin ABŞ-ı “vahid Çin”i qorumağa çağırıb

06.02.2021 - 11:39

Çin ABŞ-ın Honkonq, Tibet və Uyğur (Sintezyan, Sincan) Muxtar bölgələri ilə bağlı müdaxiləsini qəbul etməyəcək.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, beynəlxalq məsələlər üzrə məsul şəxs Yan Szeçi ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışığında bildirib.

“ABŞ “vahid Çin” prinsipini ciddi şəkildə qorumalı və ABŞ-Çin üç birgə kommunikeyə əməl etməlidir”, – Yan Szeçi deyib.

O vurğulayıb ki, rəsmi Pekin xarici müdaxiləyə yol verməyəcək, dövlət suverenliyi, təhlükəsizliyi və maraqlarının inkişafını davam etdirəcək.

Bir müddət əvvəl Entoni Blinken bildirib ki, Vaşinqton Çini Hind-Sakit okean bölgəsində, o cümlədən Tayvan boğazında sabitliyi təhdid etdiyi üçün məsuliyyətə cəlb edəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160694

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31