Rusların tənbəl olduğu təsdiqləndi – haradasız, miqrantlar?

13.02.2021 - 12:57

Rusiya hökuməti aqrar və tikinti sektorunda ciddi işçi qüvvəsi çatışmazlığı səbəbindən miqrantları geri qaytarmağın yollarını axtarır

Rusiya hökumətinin 2007-ci ildən başlayaraq miqrantlar haqda qəbul etdiyi qərarlar, eləcə də pandemiya ölkənin iqtisadiyyatına öz mənfi təsirlərini göstərməyə başlayıb. Rəsmi məlumatlara görə, Rusiya Federasiyasındakı əmək bazarında ən çox aşağıdakı ölkələrdən olan miqrantlar təmsil olunur -Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan, Ukrayna, Azərbaycan, Qazaxıstan, Çin, Moldova, Belarus, Vyetnam və Türkiyə.

Həm yeni qanunlar, həm də koronavirus bəlası təkcə aqrar sahədə deyil, tikinti sektorunda da ciddi geriləməyə səbəb olub. İş o yerə çatıb ki, aqrar sahənin ciddi inkişaf etdiyi ölkədə indi məhsulu toplamağa belə işçi qüvvəsi çatışmır.

Kənd Təsərrüfatı Nazirliyi miqrantların mövsümü iş üçün Rusiyaya buraxılmasını istəyib. Ölkədə meyvə, tərəvəz, giləmeyvə yığmaq sahələri və heyvandarlıq sahələləri daha ciddi problemlə üzləşib.

Rusiya baş nazirinin müavini Viktoriya Abramçenko Kənd Təsərrüfatı Nazirliyinə, Əmək Nazirliyinə və Daxili İşlər Nazirliyinə 2021-ci ildə əcnəbilərin mövsümi kənd təsərrüfatı işlərinə cəlb olunması məsələsinin həlli yolunu tapmağa tapşırıb. Bir sıra regionların iri fermerləri hökumətə miqrantlar olmadan məhsulun toplanmasının öhdəsindən gələ bilməyəcəklərini deyiblər. İddia olunur ki, aqrar sahədə 40 min, heyvandarlıqda 5,4 min işçi qüvvəsinə ehtiyac var, amma bu ehtiyac rəsmi rəqəmlərdən bir neçə dəfə çoxdur.

29migr.jpg (128 KB)

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov miqrantların hökumətə girişinin sadələşdirilməsi mövzusunun müzakirə edildiyini və təkcə aqrosənaye kompleksində deyil, tikintidə də “miqrant qıtlığı”nın aktual olduğunu söyləyib.

Kənd Təsərrüfatı Nazirliyi əmək miqrantlarının azlığı səbəbindən təkcə məhsul yığımında deyil, əkin sahələrinin genişləndirilməsi və ixrac potensialının artırılmasında ciddi problemlərlə üzləşəcəyi xəbərdarlığını edib.

Aqrar sektorda aparıcı olan xüsusən Volqoqrad, Həştərxan və Moskvaətrafı bölgələri əl əməyindən istifadə olunan tərəvəz məhsullarının yığımında miqrantlara daha çox ehtiyac duyur. Kənd Təsərrüfatı Nazirliyi ötən ildən pöroblemi həll etmək istəyib, amma pandemiya səbəbindən xarici vətəndaşları iqtisadiyyata cəlb etmək üçün hazırlanmış proqramın şərtləri kifayət qədər sərt olub. Bu səbəbdən də əmək miqrantlarını lazımı sahələrə cəlb edilməsi baş tutmayıb. İndi isə nazirlik hökumətə kənd təsərrüfatı müəssisələri üçün pandemiya tələblərinin yumşaldılmasını təklif edir.

Problem həm də ondadır ki, bəzi vilayətlərdə kənd təsərrüfatı işçiləri üçün əməkhaqqı aşağıdır və bu səbəbdən bir çoxları vilayətləri deyil, məvacibin bir qədər yüksək olduğu Moskvaya üz tuturlar.

Rusiyanın müəyyən bölgələrində inşaat sektorunda işçi çatışmazlığı 50 faiz təşkil edir.

Qeyd edək ki, miqrantlarla bağlı qanunların sərtləşdirilməsi ölkədə işsizliyin səviyyəsini aşağı salmağa hesablanmışdı. Hökumət hesab edirdi ki, əmək miqrantlarının sıxışdırılması ilə onların yerini yerli əhalinin tutması mümkün olacaq. Amma indiki vəziyyət göstərdi ki, ruslar heç də kənd təsərrüfatı və ya tikintidə işləməyə həvəsli deyilmişlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=161383

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930