Kanada parlamenti də Çinin uyğur türklərinə qarşı soyqırımını tanıdı

23.02.2021 - 11:17

Kanada parlamenti Çinin uyğur türklərinə qarşı törətdiklərini soyqırım kimi qəbul edib. Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, 266 millət vəkilinin iştirak etdiyi və əleyhinə səs qeydə alınmayan səsvermədə hakim Liberal Partiyası bitərəf qalıb. Baş nazir Justice Trudeau da səsvermədə iştirak etməyib.

Beləliklə, Kanada, ABŞ-dan sonra Çinin uyğur türklərinə qarşı soyqırım törətdiyini tanıyan ikinci ölkə olub.

Kanada millət vəkilləri həmçinin hökumətdən tələb edib ki, Beynəlxalq Olimpiya Komitəsinə müraciət edərək, “Çin soyqırıma davam edərsə, 2022 Qış Olimpiya Oyunlarının Pekindən başqa yerə köçürülməsini” istəsin.

Xatırladaq ki, bir ay öncə ABŞ rəsmiləri Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda (XUAR) uyğurlara qarşı siyasətini “soyqırımı” və “insanlığa qarşı cinayətlər” adlandırmışdı. ABŞ dövlət katibi Mayk Pompeo bu haqda qeyd etmişdi:

“Mövcud faktları diqqətlə araşdırdıqdan sonra nəticəyə gəldim ki, azı 2017-ci ilin martından etibarən ÇXR Sintszyanda insanlığa qarşı cinayətlər törədib. Bundan başqa, ÇXR-in orada soyqırımı həyata keçirdiyi qənaətinə gəldim”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=161590

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930