Dünyada pandemiya ilə bağlı son vəziyyət – STATİSTİKA

26.02.2021 - 10:40

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 113 milyon 544 min 338 nəfərə çatıb. Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 519 min 255 nəfərdir. İndiyədək 89 milyon 129 min 051 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə yoluxma halları kəskin artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən sutka ərzində 421 407 nəfər yeni koronavirusa yoluxub, 10 508 nəfər isə dünyasını dəyişib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 29 052 262 nəfər virusa yoluxub, 520 785 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 11 063 038 yoluxma qeydə alınıb. Onlardan 156 861 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 10 393 886 nəfərdə virus aşkar edilib. Xəstələrdən 251 661 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 4 212 100 yoluxma, 84 876 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 4 154 562 nəfər virusa yoluxub ki, onlardan 122 070-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=161614

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930