Yunanıstandan Avropa ölkələrinə ortaq peyvənd paspotu çağırışı

26.02.2021 - 10:43

Yunanıstan turizmin inkişafı üçün Avropa ölkələrini ortaq peyvənd pasportu hazırlamağa çağırıb. Təklif Avstriyanın dəstəyini alıb.

Musavat.com BBC Türkcə-yə istinadən bildirir ki, bununla da peyvənd pasportu sayəsində peyvənd olunan insanların Avropa daxilində karantin və bənzər məhdudiyyətlər olmadan sərbəst səyahət edə bilməsi hədəflənir.

Yunanıstan artıq İsrail ilə dünyada bir ilkə imza ataraq, qarşılıqlı peyvənd pasportu yaradıb. Nəticədə peyvənd olunan turistlər iki ölkə arasında sərbəst səyahət edə biləcəklər.

İsrail əhalisinin artıq 90 faizi peyvənd olunub. Bununla da İsrail vaksinasiya prosesi aparan ölkələr arasında liderdir.
Yunanıstan və Avstriyadan gələn təklif artıq ötən cümə axşamı günü keçirilən AB liderlərinin virtual zirvəsində gündəmə gəlib.

Əhalisinin sayına və iqtisadi inkişafına görə Avropanın lider ölkələri olan Almaniya və Fransa rəsmiləri bildirib ki, peyvənd olunan insan koronavirusdan qorunsa da bu virusu nə qədər ötürə biləcəyinə dair dəqiq araşdırma olmadığı üçün belə bir qərar qəbul etmək doğru deyil.

Digər tərəfdən bəzi ölkələrdə hələlik gənclərin peyvənd olunma növbəsi çatmayıb. Bununla da peyvənd olunan şəxslər sərbəst surətdə səyahət edə bilsə də gənclər bundan məhrum olacaq və bu da ayrı-seçkilik yaradacaq.

Həmçinin hazırda dünya ölkələrində koronavirusun “İngiltərə”, “Cənubi Afrika” və “Braziliya” kimi ştamları sürətlə yayılmaqdadır. Ehtimal olunur ki, gələcəkdə insanların peyvəndin daha bir başqa dozasına ehtiyacı yarana bilər.

Lakin Danimarka və İsveç də Yunanıstan və İsrail kimi bir-birləri arasında oxşar peyvənd pasportu tətbiq etməyi düşünür.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=161622

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930