İsrail jurnalisti erməni lobbisinin hücumlarına məruz qalır

13.03.2021 - 00:35

“Mənə hücumlar davam edir, bəzi məqalələrimin altında semitizm əleyhinə karikaturalar yerləşdirilib”.

Bu barədə “Report”a müsahibəsində İsrail jurnalisti Rahil Avraam bildirib.

Rahil Avraamın sözlərinə görə, “Israil Hayom”da məqalələrinin nəşr edilməsindən sonra erməni yönlü qüvvələr tərəfindən ona qarşı təhqirlər başlayıb.

“Burada – İsraildə, erməni lobbisinin fəallığı artıb. Qüdsdəki İsrail Universitetinin ermənişünaslıq kafedrasının bir qrup professoru xaricdə erməni dilini öyrənən professorun iştirakı ilə məqalə dərc ediblər. Yazıda Ermənistanda antisemitizmin geniş yayılmasını ifşa edən bütün insanlar tənqid edilir və onlar Azərbaycan hökumətinin təbliğatçısı adlandırılırlar.

Əslində İsrail hökumətinin tərkibinə daxil olan İsrailin diasporunun işləri üzrə Nazirlik bildirib ki, son zamanlar Ermənistanda antisemitizmin əhval-ruhiyyəsi geniş yayılıb. Həmçinin Holokost memorialı dəfələrlə vandalizm aktlarına məruz qalıb, Ermənistan və İsrail dostluğu memorialı təhqir edilib” – jurnalist qeyd edib.

Rahil Avraamın sözlərinə görə, ona qarşı hücumlar ara vermir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=161762

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930