Ağdam demək olar ki, xəritədən silinib – Fransalı hüquqşünas

22.04.2021 - 16:51

 

Ağdam demək olar ki, xəritədən silinib - Fransalı hüquqşünas

 

Ağdam tamamilə dağıdılaraq, demək olar ki, xəritədən silinib.

Bunu Trend-ə fransalı hüquqşünas Eliz Arfi Ağdama səfəri zamanı deyib.

Onun sözlərinə görə, bura gəlmək üçün Azərbaycanın Parisdəki Səfirliyi tərəfindən dəvət alıblar: “Biz Fransanın vəkilləriyik. Bizim burada olmağımızın əsas məqsədi Avropa mətbuatında yazılanlardan başqa, buradakı vəziyyəti öz gözümüzlə görməkdən ibarətdir. Buradakıları görmək həqiqətən çox çətindir. Məhz buna görədir ki, bizim bu ərazilərə gələrək hazırkı vəziyyətlə tanış olmağımız, müharibənin nə dərəcədə aparıldığını, nəticələrini, hansı hüquq pozuntularına yol verildiyini şəxsən görməyimiz baxımından çox mühüm əhəmiyyət kəsb edir. Sizin də gördüyünüz kimi, deyə bilərik ki, şəhər təmamilə dağıdılaraq, demək olar ki, xəritədən silinib.

Fransanın Qarabağla bağlı mövqeyinə gəldikdə, hüquqşünas deyib: “Bu, bir az incə məsələdir, çünki bildiyiniz kimi, Fransada əslən erməni olan böyük bir kütlə yaşayır. Bizim də buraya gəlməyimizdə əsas amalımız baxışlarda və yaranmış fikirlərdə bir tarazlıq yaratmaqdan ibarətdir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=162596

XƏBƏR LENTİ

virtual_roadi

05.05.2021Sevgi Ünvanı
Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31