Dünya TÜRKLƏRİ BİRLƏŞDİ: 350 milyonluq əhali və böyük hədəflər…

03.05.2021 - 08:59

 

Dünya TÜRKLƏRİ BİRLƏŞDİ: 350 milyonluq əhali və böyük hədəflər...

 

Türkiyənin Ankara şəhərində Dünya Türkləri İş Adamları Dərnəyi (DTÜRK) yaradılıb.

Quruma iş adamı Gencehan Tunay rəhbərlik edəcək.

Məlumata əsasən, Dərnəyin yaradılmasında məqsəd 350 milyonluq türk dünyasını yeni dünyada inkişaf etdirmək və iş birliyini inkişaf etdirərək iqtisadi bazaya çevirməkdir.

İş adamı Gencehan Tunay başçılığında qurulan DTÜRK müasir ümumbəşəri dəyərlər çərçivəsində Türkiyə, Türk dünyası və digər ölkələrin iş adamları ilə əməkdaşlıq etməyi hədəfləyir.

Dünya Türkləri İş Adamları Dərnəyinin prezidenti Gencehan Tunay qurumun məqsəd və vəzifələrini belə izah edib:

“Türk dünyasının tarixi və mədəni təcrübələrindən maksimum dərəcədə istifadə edərək türkdilli ölkələr və əlaqəli icmalar arasında çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək və birləşdirmək, əməkdaşlıq şurası yaratmaq.

Müasir ümumbəşəri dəyərlərə hörmət edərək, xüsusən də Türk dünyasında və digər ölkələrdə Türkiyənin iş adamları ilə əməkdaşlıq həmrəyliyini inkişaf etdirmək.

Ölkəmizin iqtisadi və sosial inkişafında regional və sahə potensialından ən yaxşı şəkildə istifadə edərək texnologiya və yenilik imkanlarını qiymətləndirərək milli iqtisadi siyasət və regional davamlı inkişafın formalaşmasına töhfə verməyi hədəfləyirik”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=163045

XƏBƏR LENTİ

virtual_roadi

05.05.2021Sevgi Ünvanı
Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31