Netanyahu fövqəladə vəziyyət ELAN ETDİ: Şəhərə ordu yeridildi – VİDEO

12.05.2021 - 11:59
Netanyahu fövqəladə vəziyyət ELAN ETDİ: Şəhərə ordu yeridildi - VİDEO

 

İsrailin Lod şəhərində baş verən qarşıdurmalar səlahiyyətliləri hərəkətə keçirib. Lod şəhərinin bələdiyyə başçısı Yair Revivo açıqlamasında şəhərdəki qarşıdurmalarda nəqliyyat vasitələrinin, sinaqoqların və məktəblərin yandırıldığını söyləyib və hadisələri “vətəndaş müharibəsi” olaraq xarakterizə edib.

Şəhər bələdiyyəsi baş verənləri dəhşət adlandırıb və fələstinlilərin yəhudilərə vurduğu zərəri qeyd edib.

“Bu, ağlasığmazdır. Sinaqoqlar yandırılır, yüzlərlə maşın yandırıldı, yüzlərlə quldur küçələrdə gəzir. Lodda vətəndaş müharibəsi başladı. Buradakı ortodoksal-milliyyətçi topluluğun silahları var. Onlara evlərinə dönmələrini xahiş edirəm. Ancaq onlar evlərini qorumaq istədiklərini başa düşürlər. Yəhudi evlərinə benzin bombaları atılır. Bunlar təxribatdır”, – şəhər meri bildirib.

Föqəladə vəziyyət elan edildi

Loddakı qarşıdurmalar səbəbiylə şəhərdə fövqəladə vəziyyət elan edilməsi üçün Y.Revivo ölkənin Baş naziri Binyamin Netanyahuya çağırış edib.

Məlumata görə, mer şəhərə nəzarəti tamamilə əldən verdiklərini və ordudan müdaxilə etməsini tələb edib. Ötən gecə Baş nazir Binyamin Netanyahu Lod şəhərinə yollanıb. Xüsusi bir görüşdən sonra Netanyahu geniş və şiddətli qarşıdurmalara səhnə olan Lod şəhərində fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.

Baş nazirin gəlişi ilə ordu qüvvələri də şəhərə yeridilib. İsrailin İctimai Təhlükəsizlik naziri Amir Ohana verdiyi açıqlamasında əmrləri yerinə yetirmək üçün səlahiyyətlərindən istifadə edəcəyini söyləyib.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=163514

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2021
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930