Ərini həbsdən çıxarmaq üçün böyrəyini satışa çıxardı

18.05.2021 - 16:11

 

Ərini həbsdən çıxarmaq üçün böyrəyini satışa çıxardı

 

İran küçələrində bədən üzvlərinin satışı ilə bağlı elanların sayı getdikcə artır.

Paytaxt Tehran başda olmaqla, İran şəhərlərinin küçələrində qapı və divarlara yapışdırılan elanların əksəriyyəti “gənclər”in bədən üzvlərinin satışı ilə bağlı elanlardır.

Elanlarda deyilir: “Borcum var, gəlirim borclarımı ödəyə bilmək üçün yetərli deyil. Fərq etməz, böyrək və ya qaraciyər. Hər hansı üçün yaxşı müştəri tapılarsa, sataram”.

“A+ qan qrupu olan 25 yaşlı qızam. Böyrəklərimi satıram”.

“10 yaşlı oğlumun əməliyyata ehtiyacı var, müalicə xərci yüksəkdir və böyrəyimi satmaqdan başqa çarəm yoxdur”.

32 yaşlı bir qadın isə pulla girov əmlak sənədi əldə edərək ərini həbsdən azad etmək üçün böyrəyini satmaq istədiyini bildirən elan paylaşıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=163660

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930