İran Ermənistana XƏBƏRDARLIQ ETDİ

31.05.2021 - 16:31

 

İran Ermənistana XƏBƏRDARLIQ ETDİ

 

İran Ermənistana Araz çayının çirkləndirilməsi ilə əlaqədar müxtəlif iclaslarda lazımi xəbərdarlıqları edib.

Bunu İranın energetika naziri Rza Ərdəkanian İran və Azərbaycan arasında Araz və Mil-Muğan su bəndlərinin birgə istifadəsinin 50 illiyi ilə əlaqədar keçirilən tədbir zamanı jurnalistlərə açıqlamasında deyib.

R.Ərdəkanianın sözlərinə görə, son illər İranın Energetika Nazirliyi Ermənistanın sənaye tullantılarının Araz çayına axıdılmasının qarşısının alınmasında ciddi iradə nümayiş etdirir.

Nazir əlavə edib ki, Ermənistanın Araz çayına tullantıların axıdılması ilə əlaqədar addımları hələ də münasib səviyyədə deyil: “İran Azərbaycan, Türkiyə və Ermənistan arasında Araz çayının çirkləndirilməsinin qarşısının alınması və suyun keyfiyyətinin qorunması məqsədilə dördtərəfli iclasın keçirilməsi gündəmdədir. Qeyd olunan iclasın tezliklə İranın ev sahibliyi ilə keçiriləcəyinə ümid edilir”.

Qeyd edək ki, bu gün (31 may) İranın energetika naziri Rza Ərdəkanian, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, iki ölkə səfirləri və iki ölkənin bəzi yüksək səviyyəli rəsmilərinin iştirakı ilə keçirilən Araz və Mil-Muğan su bəndlərinin istifadəyə verilməsinin 50 illiyi və Qız Qalası su bəndinə su vurulması ilə əlaqədar tədbir keçirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=164089

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930