İranda prezident seçkiləri başa çatdı

19.06.2021 - 09:26

 

İranda prezident seçkiləri başa çatdı

İranda prezident seçkilərində səsvermə yerli vaxtla saat 02:00-da (Bakı vaxtı ilə saat 01:30) rəsmən başa çatıb. Bu halda bəzi məntəqələrdə hələ seçicilər və məntəqə üzvləri işləməyə davam edirlər.

Bu barədə seçkilərin keçirilməsi üzrə qərargah şənbə günü bildirib. “Səsvermənin keçirilməsi sona çatdı. Hazırda səsvermə yalnız seçicilərin olduğu məntəqələrdə davam edir”, – gənc jurnalistlər klubu bildirib. Səsvermə cümə günü yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 06:30) başlanıb və saat 00:00-a (saat 23:30) qədər davam etməli idi, ancaq seçki məntəqələrinin işinin müddəti səsvermənin tam başa çatmamasına görə uzanıb. Bu halda IRIB teleradioyayım şirkəti bildirib ki, seçki məntəqələrinin əksəriyyətində artıq iş qurtarıb, indi səslərin hesablanmasına başlanılıb.

Yerli vaxtla saat 02:00-a (Bakı vaxtı ilə saat 01:30) olan məlumata görə, seçkilərdə 28,4 milyon seçici iştirak edib. Ölkədə səsvermə hüququ olan vətəndaşların sayı 59,31 milyon nəfərə yaxındır. Beləliklə, seçkilərdə iştirak təxminən 48 % təşkil edib.

 

Ondan başqa, prezident postu uğrunda Möhsen Rezai də mübarizə aparır. O, 1980-90-cı illərdə İran İslam İnqilabı Keşikçiləri Korpusuna başçılıq edib. İranın prezident vəzifəsinə həmçinin Mərkəzi Bankın sədri Abdulnaser Hemmati və parlament sədrinin müavini Əmir Hüseyn Kazizade Haşimi də namizəddir.(Report)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=164410

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2021
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031