Trampın yeni sosial şəbəkəsi fəaliyyətə başladı – FOTO

02.07.2021 - 10:01

 

Trampın yeni sosial şəbəkəsi fəaliyyətə başladı - FOTO

 

ABŞ-ın keçmiş prezidenti Donald Trampın komandası bu gün – iyulun 1-də hər hansı ilkin elansız “Gettr” adlı yeni sosial şəbəkəni istifadəyə verib.

Yeni internet platformasının təsvirində deyilir ki, onun missiyası “ləğv mədəniyyətinə qarşı mübarizə”, “sağlam düşüncəni” təşviq etmək, “söz azadlığını qorumaq”, həmçinin sosial şəbəkələrdəki “inhisarçılara qarşı mübarizə və real bazar yaratmaq”dan ibarətdir.

“Gettr”in inkişafına Trampın prezidentliyi dövründə baş məsləhətçisi olmuş Ceyson Miller rəhbərlik edir.

Nəşr bildirib ki, proqram tvitterə çox oxşayır. Trampın “Gettr”də özünə hesab açıb-açmayacağı hələ məlum deyil, ancaq güman edilir ki, bu xidmət Amerikanın sabiq prezidentinin tərəfdarları ilə onlayn ünsiyyət saxlayacağı platforma olmalıdır.

Qeyd edək ki, sabiq prezident hələ mayda feysbuk, tvitter sosial şəbəkələrində hesablarının bloklanmasını kəskin tənqid edərək, bunu “mütləq biabırçılıq” və Birləşmiş Ştatlar üçün “alçalma” adlandırıb. / (“Report”)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=164721

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2022
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31