Fransa “dron müharibələri”nə hazırlaşır: Qarabağ savaşını… – FOTO

05.07.2021 - 18:50

 

Fransa "dron müharibələri"nə hazırlaşır: Qarabağ savaşını... - FOTO

 

Fransa Müdafiə Komitəsi ölkənin “dron müharibələri”nə hazır olduğunu bildirən hesabat yayımlayıb.

Pilotsuz Uçuş Aparatları (PUA) ilə mübarizəni də əhatə edən hesabatda, ölkənin 2019-cu ildən bəri buna nail olmağa çalışdığını və Fransa Silahlı Qüvvələrinin 2025-ci ilə qədər bir neçə min təyyarəyə sahib olacağı bildirilir.

Məlumatda o da qeyd edilib ki, Fransa hökuməti “dron müharibələri”nə hazırlıqda 2020-ci il Qarabağ müharibəsində Azərbaycan təcrübəsini nümunə götürüb: “Türk PUA və Silahlı Pilotsuz Uçuş Aparatları 2020-ci ildə Dağlıq Qarabağ müharibəsində istifadə olundu. Eyni zamanda 2019-cu ilin sentyabrında Liviyadakı qarşıdurmalar və 2020-ci ilin martında Suriyanın şimalındakı əməliyyatlarda PUA-lardan uğurla istifadə olundu”, “Ouest-France” saytının yayımladığı xəbərdə vurğulanıb.

Həmçinin İsrail və Çin kimi Türkiyənin də genişmiqyaslı pilotsuz təyyarələrin istehsalına və ixracına başladığı xatırladılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=164853

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930