Baydenlə Putin arasında KRİTİK MÜZAKİRƏ
ABŞ prezidenti Co Bayden Rusiya dövlət başçısı Vladimir Putin ilə telefon danışığı aparıb.
Bu barədə Ağ Evin saytında xəbər verilib.
Söhbət BMT-dən Suriyaya edilən humanitar yardım və guya Rusiyada olan cinayətkarlar tərəfindən törədilən beynəlxalq kiberhücumlarından gedib.
C.Bayden Rusiyalı həmkarını xaker qruplarına qarşı mübarizədə daha qətiyyətli davranmağa çağırıb.
O vuğulayıb ki, ABŞ bu məsələdə “xalqını və kritik infrastrukturunu qorumaq üçün bütün lazımi tədbirləri görməyə hazırdır”.
Short URL: https://www.cumhuriyyet.net/?p=164997