Fransadan DAHA BİR ETİRAF: Bu amil Qarabağda güc balansını dəyişdirdi

10.07.2021 - 11:47

 

Fransadan DAHA BİR ETİRAF: Bu amil Qarabağda güc balansını dəyişdirdi

 

Fransadan Türkiyənin siyasi və hərbi gücü ilə bağlı daha bir etiraf edilib.

Bu dəfə belə bir etirafı Fransanın ən böyük silah istehsalçısı “Dassault” şirkətinə aid olan “Le Fiagro” qəzeti edib.

Qəzetdə “Türkiyənin xarici siyasətinin xidmətində bir texnologiya” başlığı ilə dərc edilən məqalədə bildirilir ki, Türkiyə sədəcə 15 ildə Amerika, Çin və İsrail modelləri ilə rəqabət apararaq, dünyanın silahlı insansız uçuş aparatlarının (SİHA) əsas istehsalçıları arasında yerini alıb.

Qəzet yazır:

“2020-ci ilin ilk yazında Xəlifə Haftar tərəfdarı olan qüvvələrlə Liviya hökuməti arasında baş verən qarşıdurmada STM şirkəti tərəfindən istehsal edilən 2 ədəd “Kargu-2” intihar SİHA-ları önəmli rol oynadı.

Bu, müzakirə edilməyəcək bir fenomendir. SİHA-ların Türkiyə müdafiə sənayesi bazarında yüksəlişi və döyüş meydanında istifadəsi geniş yayılıb.

Türkiyə SİHA-larından 2016-cı ildən etibarən sərhəddən kənarda aparılan əməliyyatlarda istifadə edilir. Bu SİHA-lar yalnız Liviyada deyil, Qarabağda da güc balansını dəyişdirdi.

Türkiyənin istehsal etdiyi SİHA-lar getdikcə daha çox satılır. Azərbaycan, Qatar, Ukrayna, Tunis və NATO ölkəsi olan Polşa bu texnologiyanın əsas alıcılarıdır.

Hazırda Litva, Macarıstan və Albaniya da daxil olmaqla, bir çox ölkələr Türkiyə SİHA-larına maraq göstərirlər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165001

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930