Bu peyvənd ZƏRƏRLİDİR – XƏBƏRDARLIQ

13.07.2021 - 12:35
Bu peyvənd ZƏRƏRLİDİR - XƏBƏRDARLIQ

 

“Johnson&Johnson” tərəfindən hazırlanan COVID-19 peyvəndi nadir rast gəlinən nevroloji xəstəliyə səbəb ola bilər.

Bu barədə ABŞ Qida və Dərman İdarəsi (FDA) xəbərdarlıq edib.

İdarə “Guillain-Barre” Sindromu (GBS) kimi tanınan xəstəliklə bağlı 100-ə yaxın xəstəni araşdırıb. Nəticədə qərara gəlinib ki, “Johnson&Johnson” vaksini sözügedən xəstəliyə tutulmaq baxımından kiçik, lakin mümkün risk daşıyır.

“Guillain-Barre” Sindromuna indiyədək 50 yaş və yuxarı yaşlı kişilərdə rast gəlindiyi və simptomların vaksinasiyadan təxminən 2 həftə sonra görüldüyü bildirilib.

Mütəxəssislər “Johnson&Johnson” peyvəndi ilə GBS arasındakı mümkün əlaqəni müzakirə etməyə davam edəcəklərini deyiblər. Lakin peyvəndin hələ də təhlükəsiz və effektli olduğunu, potensial faydalarının risklərdən üstün olduğunu qeyd ediblər.

“Guillain-Barre” Sindromu sinir sisteminə güclü təsir edir. Bu xəstəlik ürəyin döyüntü ritminin pozulmasına, nəfəsalma çətinliyinə və bir çox problemə səbəb olur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165067

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031