Çin virusun mənşəyini gizlətməyə çalışır?

17.07.2021 - 13:19

Çin COVID-19-un mənşəyinin öyrənilməsi üçün lazım olan “xam datanı” gizlətməsinə dair Dünya Səhiyyə Təşkilatının (DST) ittihamlarını rədd edib. The Telegraph qəzetinin yazdığına görə Pekin bildirib ki, ekspertlərin Çinə bir neçə ay əvvəlki səfəri zamanı onlara bütün materiallara adekvat giriş verilib.

DST-nin baş katibi deyib ki, koronavirusun mənşəyi barədə təhqiqata virusun yayılmasının ilk günlərinə aid materialların olmaması əngəl yaradıb. Təşkilat Çini bu məsələdə daha şəffaf olmağa çağırıb. DST-nin başçılıq etdiyi ekspertlər qrupu dörd həftə müddətində çinli alimlərlə birlikdə Vuhan şəhərində olublar.

Onların bu səfərin ardınca mart ayında açıqladıqları hesabatda bildirilirdi ki, virus böyük bir ehtimalla insanlara başqa ara heyvanlar vasitəsilə yarasalardan keçib. Hesabatda deyilirdi ki, virusun laboratoriya insidenti və ya səhvi nəticəsində yayılması son dərəcə ağla batmayan versiyadır. Lakin bir sıra ölkələri, o cümlədən Birləşmiş Ştatları və bəzi mötəbər alimləri bu iddia qane etməyib.

DST-nin baş katibi Tedros Adanom Qebreyesus deyib: “Biz Çindən şəffaf və əməkdaşlığa açıq olmağı rica edirik. Biz milyonlarla iztirab çəkən və milyonlarla ölmüş insanlar naminə nə baş verdiyini bilməyə borcluyuq”.

Doktor Qebreyesus təklif olunan ikinci təhqiqat barədə təşkilatın  194 üzv ölkəsinə iyulun 16-da məlumat verməli idi. DST-nin fövqəladə hallar üzrə direktoru Mayk Rayan iyulun 16-da deyib ki, təşkilat çinli ekspertlərlə birgə işləməyə hazırdır. Lakin Çinin ikinci tədqiqata icazə verib-verməyəcəyi məlum deyil.

virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165209

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2021
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031