Su etirazları böyüyür, polis nümayişçilərə atəş açır – VİDEO

27.07.2021 - 10:23

 

Su etirazları böyüyür, polis nümayişçilərə atəş açır - VİDEO

 

İranın etnik ərəblər yaşayan Xuzestan (Əl-Əhvaz) bölgəsində su qıtlığına görə başlayan etirazlar günlərdir davam edir və ölkənin digər şəhərlərinə də yayılıb. Təhlükəsizlik qüvvələri Xuzestanda getdikcə böyüyən etirazları yatırmaq üçün silahdan istifadə edir, BBC Fars xidmətinin yaydığı kadrlara əsasən nümayişçilərə atəş açılır. İndiyədək Xuzestanda polislə toqquşmalarda ölənlərin sayı 10-a çatıb.

BMT-nin insan haqları üzrə ali komissarı Mişel Baçelet İran hakimiyyətinin etirazçıları dağıtmaq üçün silah tətbiq etməsini qınayıb. Komissar etirazçılara qarşı qaba gücdən istifadə edildiyinə dair çoxsaylı dəlillər olduğunu bildirir.

Xəbər verildiyi kimi, Xuzestan sakinlərinə dəstək olaraq iyulun 25-də Təbriz sakinləri də küçələrə çıxmışdı və minlərlə təbrizli “Azərbaycan, Əl-Əhvaz”, “İttihad” şüarları səsləndirmişdilər.

Ötən gün paytaxt Tehranda da etirazlar olub və yüzlərlə adam şəhərin mərkəzi prospekti ilə yürüş edib. Təhlükəsizlik qüvvələri etirazçıları müşaiyət edib, amma onlara müdaxilə etməyib və aksiya ciddi insident olmadan başa çatıb.

Xuzestan əyalətində etirazları alovlandıran səbəb quraqlıq fonunda yaranan kəskin su qıtlığı olsa da narazılığın əsas səbəbi etnik ərəblərə qarşı diskriminasiyadır. İranın neft-qaz ehtiyatlarının az qala yarısı bu bölgədə yerləşsə də əhali olduqca kasıb yaşayır, üstəlik Xuzestan bölgəsindən keçən çayların səmti illər əvvəl dəyişdirilərək başqa bölgələrə yönləndirilib. (virtualaz.org)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165374

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930