Türkiyədə DƏHŞƏT YAŞANIR: xeyli sayda kənd boşaldıldı, ölənlər var – FOTO

29.07.2021 - 19:58

Türkiyədə DƏHŞƏT YAŞANIR: xeyli sayda kənd boşaldıldı, ölənlər var - FOTO

 

Türkiyənin Antalya şəhərində dünəndən başlayan meşə yanğınları Manavqat qəsəbəsində şiddətlənib.

Qəsəbənin 4 fərqli nöqtəsində meşə yanğını başlayıb. Məlum olub ki, yanğın yaşayış yerləri və əkinçilik sahələrinə də sıçrayıb.

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli keçirilən mətbuat konfransında bildirib ki, yanğında 3 vətəndaş dünyasını dəyişib. Nazirin sözlərinə görə, Manavqat mahalının Dikmen məhəlləsində meşəlik ərazidə davam edən yanğın küləyin təsiri ilə böyüyüb və qısa müddətdə bir çox evə yayılıb.

B.Pakdemirli bildirib ki, Türkiyənin müxtəlif yerlərində davam edən yanğınla əlaqədar Antalyanın 18 kənd və məhəlləsi, Adananın 11 kəndi, Mersinin isə 5 kəndi təhükəsizlik məqsədilə boşaldılıb.

Hadisə zonasına giriş tamamilə bağlıdır. Sakinlər polis dəstələri tərəfindən təxliyə edilib.

4 nöqtədən başlayan yanğınlarda qəbiristanlıqlar, zeytun bağları, dəfnə və badam bağları da alovların ortasında qalıb. Yanğın nəticəsində bölgədə heyvanlar tələf olub.

Meşə yanğınlarından zərər çəkmiş şəxslərin sayının 62 nəfərə çatdığı vurğulanıb.

Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, aidiyyəti qurumların müvafiq bölmələri yanğını hər cür texnika, avadanlıqla söndürməyə çalışır, eyni zamanda işçi heyətinə ehtiyac var. Yanğından zərərçəkən vətəndaşlara üz tutan Prezident əlavə edib ki, onun baş vermə səbəbi ciddi şəkildə araşdırılacaq: “İstəyimiz odur ki, yanğınları ən qısa müddətdə nəzarət altına alaraq söndürə bilək”.

Qeyd edək ki, indiyədək yanğınların söndürülməsinə 2 təyyarə, 8 helikopter, 50 suvarma texnikası, 2 buldozer cəlb edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165486

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031