Türkiyəni kimlər yandırdı? – 3 VACİB DETAL
Türkiyədə yanğınların məqsədli şəkildə törədildiyi ehtimalını gücləndirən əsaslar var:
1. Ən böyük yanğınların turizm bölgələrində olması: iqtisadi ziyan vurmağa hesablanıb;
2. Yanğınların bir-birindən uzaq məsafədə yerləşən ərazilərdə paralel şəkildə başlaması;
3. Sosial şəbəkələrdə PKK tərəfdarlarının “rahat tətilə imkan verməyəcəyik” anonsu və s;
Türkiyə mediası da sabotaj versiyası üzərində dayanır. Ehtimallara görə, yanğını törədənlər Yunanıstandakı düşərgələrdə təlim görən PKK terrorçularıdır. PKK-nın yanğın terroru təcrübəsi də bu versiyanı gücləndirir: terrorçular 1995-ci ildə 950 hektar, 1997-ci ildə 650 hektar ərazini yandırıb.
Short URL: https://www.cumhuriyyet.net/?p=165525