Müəmmar Qəddafinin oğlu Liviyaya qayıdacağını bəyan etdi

31.07.2021 - 09:11

 

Müəmmar Qəddafinin oğlu Liviyaya qayıdacağını bəyan etdi

 

Liviyada 2011-ci ilin oktyabrında “Ərəb baharı” adı ilə baş vermiş üsyanda həbs edilən Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam “Nyu-York Tayms” nəşrinə müsahibəsində tezliklə öz ölkəsinə qayıdacağını və siyasətlə məşğul olacağını deyib.

10 ilə yaxın gizlənən Sef əl-İslam Qəddafi amerikalı jurnalist Robert Uorta müsahibəsində əsirlikdə olduğu vaxt başına gələnlərdən danışıb. O bildirib ki, üsyançılar onu edam etmək istəyiblər, lakin müəyyən vaxtdan sonra bu fikirdən vaz keçiblər. Uzun illər boyu üzə çıxmamasının səbəbini izah edən oğul Qəddafi əlavə edib ki, hazırda liviyalılar inqilab illüziyasından ayılıblar və bunun şahidi olmaq üçün səbirlə gözləyib.

London Kollecinin məzunu olan Seyf əl-İslam, həm də atasının varisi idi və Qərb siyasətçiləri arasında dostları da vardı. O, 2012-ci ilədək Liviyanın Zintan həbsxanasında saxlanılıb və naməlum şəxslər tərəfindən qaçırıldıqdan sonra indiyədək bilinməyən yerdə gizlənib. Seyf əl-İslam atasının tərəfdarlarından ibarət “Yaşıl hərəkat” adlı təşkilatın yenidən Liviyanın bütövlüyünü bərpa edəcəyinə inanır. “Nyu-York Tayms” yazır ki, Liviyadakı son seçkilərdə bu hərəkatın da üzvləri iştirak ediblər. Qəzetin iddia etdiyinə görə, hazırda liviyalıların 57 faizi Seyf əl-İslamın ölkəyə rəhbərlik etməsini istəyir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165550

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930