“İRANIN YENİ PREZİDENTİ PSİXİ DAYANIQSIZDIR” – “Mossad” MKİ rəhbərini xəbərdar edib

12.08.2021 - 17:40

İsrail ötən çərşənbə axşamı Amerika Birləşmiş Ştatları (ABŞ) Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Byörnsu İrana həsr olunmuş danışıqlar üçün qəbul edib. Yəhudi dövlətinin hərbi-siyasi rəhbərliyi Vaşinqtonun Tehranla istənilən yaxınlaşmasına mane olmağa cəhd edir və İranın yeni prezidentini anlaqsız və uğursuz birisi kimi təqdim edir.

Bu barədə avqustun 11-də ingilis dilli «The Times of Israel» qəzeti yazıb.

Rəsi şəxslər MKİ başçısının görüşünün gündəliyinin təfərrüatı barədə xəbər verməyiblər, amma İsrailin «Walla» xəbər saytı göstərib ki, Uilyam Byörnsün Baş nazir Naftali Bennetlə, xarici kəşfiyyatın («Mossad») başçısı David Barnea və digər yüksək vəzifəli şəxslərlə danışıqları planlaşdırılıb.

KİV-nin məlumatına görə, ikitərəfli görüş zamanı Barnea Byörnsə İran prezidenti İbrahim Rəisinin etibarsız və yeni nüvə sazişi barədə danışıqlar aparmaq və ya öz öhdəliklərini yerinə yetirmək qabiliyyətində olmadığını göstərən informasiya təqdim edilib. Bu zaman təsdiqlənir ki, «Mossad»ın başçısı Amerika xarici kəşfiyyat şefinə Rəisinin dosyesini verib. Dosyedə o, «istisnasız olaraq qəddar, korrursiyalaşmış və qeyri-sabit» siyasi xadim kimi xarakterizə olunur.

««Mossad» onu psixi pozuntuluğu olan insan kimi xarakterizə edib» – «Kanal 12» (İsrail) xəbər verib.

 

 

İslam Respublikası məhkəmə sisteminin keçmiş başçısı, sərt konservator və İİR ali rəhbəri ayətulla Seyid Əli Xamneinin ən potensial davamçısı hesab edilən İbrahim Rəisi Qərbdə İran-İraq müharibəsinin sonunda (1988) minlərlə məhbusun edam olunmasını əmr etmiş birisi kimi tanınır. O, prezident vəzifəsinin icrasına avqustun 5-də başlayıb və bu postda İran hökumətinin başçısı Həsən Ruhanini əvəz edib.

Ruhaninin hakimiyyəti dövründə – 2015-ci ilin iyulunda 6 dünya gücü Tehranda İİR-nın nüvə proqramı üzrə Birgə hərtərəfli fəaliyyət planını (BHFP) imzalayıb. 2018-ci ilin mayında o vaxtkı prezident Donald Tramp birtərəfli qaydada ABŞ-ı BHFP-dan çıxardıb. Ancaq Co Baydenin Ağ Evə gəlişi ilə Vaşinqton nüvə sövdəsinin bərpasına maraq göstərib. Bu barədə aprel ayından Vyanada ABŞ və İİR arasında dolayı danışıqlar aparılır.

MKİ direktorunun İsrailə səfəri Yaxın Şərqdə növbəti gərginlik dövrünə təsadüf edir. ABŞ, Böyük Britaniya və İsrail İranı Ərəbistan dənizində tankerə hücumdan sonra bölgədə gərginliyin artırılmasında günahlandırır – bu hücumda İranın iştirak etdiyi bildirilir.

AzPolitika.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165932

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930