Gürcüstanda peyvənd olunan şəxs 10 min lari QAZANA BİLƏR

08.09.2021 - 10:38

 

Gürcüstanda peyvənd olunan şəxs 10 min lari QAZANA BİLƏR

Gürcüstanda peyvənd edilən insanlar həvəsləndiriləcək və onlara lotereyalar vasitəsi ilə pul mükafatı veriləcək.

Bu barədə Gürcüstanın milli lotereya kompaniyası məlumat yayıb.

Məlumatda qeyd olunub ki, lotereya həm gündəlik, həm də həftəlik oynanılacaq və nəhayət, dekabrın 31-də final mərhələsi keçiriləcək.

Məlumata əsasən, hər gün 160-a yaxın mükafat oynanılacaq. Gündəlik 100-500 lari, həftəlik – 1000, 1500, 5000 və 10 000 lari məbləğində mükafatlar oynanılacaq. İlin sonunda yekun lotereya olacaq və bu mükafat fondu 100.000 lari təşkil edəcək.

Vətəndaşlar əldə etdiyi mükafat barədə məlumatları xüsusi olaraq yaradılmış stopcov.lotto.ge veb sayt vasitəsilə alacaqlar. Veb saytda qaliblər haqqında məlumatlar yerləşdiriləcək, qaliblərin adları və soyadının ilk hərfləri, istifadəçinin hansı peyvəndlə və hansı şəhərdə peyvənd edildiyi, həmçinin sifariş kodu göstəriləcək.

Qeyd edək ki, ümumi mükafat fondu 2.800.000 laridir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=166621

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031