ÜST-dən koronavirusla bağlı ŞAD XƏBƏR

16.09.2021 - 18:46

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həftəlik koronavirus hesabatını paylaşıb.

 

Təşkilatdan ötən həftə dünyada koronavirusa, təxminən, 4 milyon nəfərin yoluxduğu bildirilib.

 

Qeyd edilir ki, iki aydan çox müddətdə yeni infeksiyaların sayında ilk böyük azalma müşahidə olunub.

 

Həftəlik ölüm sayı 62 minə enib, ən kəskin azalma isə Cənub-Şərqi Asiyada müşahidə edilir.

 

Eyni zamanda bildirilir ki, Afrika qitəsində insan tələfatında 7 faiz artım var.

 

“Delta” variantına 180 ölkədə rast gəlindiyi vurğulanır.

 

Uşaqlar və gənclər koronavirusdan böyüklərə nisbətən daha az təsirlənməyə davam edirlər.

 

Xəstəlik səbəbindən 24 yaşınadək insanların ölümü qlobal ölümlərin 0,5 faizindən azını təşkil edir.

 

ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bu günə qədər dünya miqyasında 5,7 milyard dozada COVID-19 peyvəndi tətbiq edildiyinə diqqət çəkib, bunlardan yalnız 2 % Afrika qitəsinin payına düşür.

 

Dünyada COVID-19 peyvəndlərinin paylaşılmasındakı bərabərsizliyə reaksiya göstərən Qebreyesus xəbərdarlıq edib ki, belə getsə, virusların peyvəndləri daha az təsirli edən yeni variantları ortaya çıxmağa davam edəcək.

 

O, epidemiya səbəbindən ölkələrdə sosial və iqtisadi tənəzzülün daha uzun sürə biləcəyinə də diqqət çəkib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=166853

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031