Daha bir ölkə məhdudiyyətləri ləğv etdi

25.09.2021 - 10:04

Norveçdəki koronavirus məhdudiyyətlərinin çoxu bu gün yerli vaxtla saat 16:00-da qaldırılacaq.

 

Bunu ölkənin Baş naziri Erna Sulberq Osloda keçirdiyi mətbuat konfransında açıqlayıb.

 

Onun sözlərinə görə, bundan sonra ölkə vətəndaşları pandemiyadan öncəki yaşam tərzinə dönə biləcək.

Hökumət başçısının fikrincə, bundan sonra peyvəndlər pandemiyanın əsas yükünü daşıyır.

 

“Düşünmürəm ki, hər şey əvvəlki kimi olacaq. Koronavirus bundan sonra pis və ya yaxşı şəkildə həyatımıza təsir edəcək. Lakin baş verən hadisələrdən sonra, virus təhlükəsi qarşısında nə qədər çarəsiz olduğumuzu və birlikdə çalışdıqda nəyə nail ola biləcəyimizi öyrəndik”, – deyə Sulberq bildirib.

 

Ləğv edilən qaydalar arasında sosial məsafə, habelə böyük tədbir və toplantılara qatılanların sayına qoyulan məhdudiyyətlər də yer alır.

 

Restoran, bar və klubların iş saatı, qonaqların yerləşdiyi yer və sayını tənzimləyən qaydalardan də imtina edilir. Pandemiya məhdudiyyətlərin əksəriyyəti ləğv edilsə də, COVID-19 yoluxduqda insanlar hələ də özünü təcrid etmək məcburiyyətində olacaqlar.

 

Virusa yoluxmuş birisi ilə yaşayan peyvənd olunmayanlar da, karantində qalmaq məcburiyyətindədir.

 

Qeyd edək ki, Norveç hökuməti ola biləcək təhlükələrdən qorunmaq üçün bəzi səyahət məhdudiyyətlərini də hələlik qüvvədə saxlayır. Bu qaydalar hökumətin saytında yerləşdirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167075

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031