Saakaşvili buna görə Gürcüstana qayıdıb – Politoloq

01.10.2021 - 13:16

 

Saakaşvili buna görə Gürcüstana qayıdıb - Politoloq

 

Gürcüstan hakimiyyəti bələdiyyə seçkisinə bir gün qalmış dilemma ilə üzləşib. Gürcüstana qayıdan eks-prezident Mixail Saakaşvilini həbs etmək də problem yaradacaq, sərbəst fəaliyyətinə şərait yaratmaq da. Ukrayna vətəndaşlığı olan Saakaşvilinin həbsi onun reytinqini daha da artıracaq, ABŞ və Avropa onu siyasi məhbus kimi qiymətləndirəcək və rəsmi Tbilisiyə təzyiqi artıracaq. NATO və Avropa İttifaqına üzvlüyü qarşısına məqsəd qoyan Gürcüstan hakimiyyəti Qərbin təzyiqlərinə nə qədər dözə bilər?

Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, Mixail Saakaşvilinin Gürcüstanda sərbəst siyasi fəaliyyət göstərməsi İvanişvilinin hakim “Gürcü arzusu” partiyasının problemlərini artıracaq:

“Mixail Saakaşvili yenə dediyini etdi. Vaxtilə onu keçmiş dostu, Ukraynanın eks-prezidenti Petro Poroşenko zorla Avropaya ekstradisiya etmişdi. Başqa siyasətçi olsaydı, Avropadakı rahat həyatı, yaxşı maaşı qoyub yenidən alovun içinə atılmazdı. Saakaşvili elələrindən deyil. Quru yolla Ukraynaya keçdi, həmin anda onu həbs edə bilməsələr də, sonradan yenidən ölkədən zorla çıxarırlar. Vladimir Zelenski prezident seçiləndən sonra Mixail Saakaşviliyə Ukraynaya qayıtmağa icazə verdi, onu Milli İslahatlar Şurasına başçı təyin etdi. Saakaşvili bu vəzifədə Ukraynada iqtisadi islahatların dərinləşdirilməsinə var gücüylə çalışdı, ancaq alınmadı, çünki qarşısında güclü korrupsiyalaşmış oliqarxik sistem var. Ürəyi Gürcüstanla döyünən Saakaşvili üçün vətənində yeni mübarizə dövrü başlayır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167235

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930