Ağ Evdən “Facebook” AÇIQLAMASI

05.10.2021 - 10:05

 

Ağ Evdən "Facebook" AÇIQLAMASI

 

Ağ Evin sözçüsü Cen Psaki “Facebook” kimi sosial media şirkətləri ilə bağlı iddiaların və onlarla əlaqədar yaranmış problemlərin ABŞ Prezidenti Co Baydenin, eləcə də ABŞ Konqresinin gündəmində olduğunu açıqlayıb.

Sosial medianın gənclərə təsirinin uzun müddətdir müzakirə edildiyini vurğulayan Psaki “şirkətlərin daxili qaydalarının işləmədiyi göz qabağındadır” – deyib.

Bu arada, CBS telekanalında yayımlanan verilişdə iştirak edən “Facebook”un keçmiş əməkdaşı Fransis Hauqen “Google” və “Pinterest” də daxil olmaqla bir çox proqram və texnologiya şirkətində çalışdığını və “Facebook”un əvvəlki yerlərinin ən pis olduğunu dilə gətirib:

” “Facebook” təhlükəsizliyi yox, qazancı üstün tutduğunu göstərdi. Dotasiya verir, qazancımızı təhlükəsizliyimizlə ödəyir. “Facebook”un bu gün mövcud olan versiyası cəmiyyətləri parçalayır və bütün dünyada etnik zorakılığa səbəb olur.”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167322

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031