“The Independent”: ABŞ Çinin hərbi gücünün artmasından narahatdır…

04.11.2021 - 12:55
“The Independent”: ABŞ Çinin hərbi gücünün artmasından narahatdır…

 

ABŞ və Çin arasında münasibətlərdə artıq bir neçə aydır ki, gərginlik yaşanır və Amerika rəsmiləri indi Çinlə bir çox cəbhələrdə problemlərin olacağını proqnozlaşdırırlarPentaqon xüsusən Çinin müxtəlif proqramlarda texnoloji modernləşmənin sürətindən narahatdır. Moderator.az bu barədə “The Independent” nəşrinə istinadla xəbər verir.

 

Nəşr yazır ki, Çinin inkişaf tempi ABŞ-ı öz siyasətini yenidən istiqamətləndirməyə məcbur edib. Rusiya nüvə silahı məsələsində ABŞ üçün Çindən daha ciddi strateji təhlükə olaraq qaldığı halda, Pekin iqtisadi resursları və sürətli hərbi modernləşməsi sayəsində ABŞ-ın üstünlüyünü daha güclü şəkildə təhdid edir, – deyə məqalənin müəllifi əvvəllər ABŞ nüvə qüvvələrinə komandanlıq etmiş general Con Haytenin fikrinə istinad edir. Onun sözlərinə görə, əgər heç nə edilməsə, o zaman Çin yaxın illərdə ümumi hərbi güc baxımından Rusiya və ABŞ-ı geridə qoyacaq.

 

Məqalə müəllifi xatırladır ki, son vaxtlar Çinin səsdən sürətli raketlərini sınaqdan keçirməsi Amerika hökuməti üçün gözlənilməz olduBundan sonra Birləşmiş Qərargahın rəhbəri general Mark Milli qeyd etdi ki, ABŞ bunun Çinin son vaxtlarda sınaqdan keçirdiyi sistemlərin yalnız bir hissəsi olmasından narahatdır. Onun sözlərinə görə, Çin qüvvələrinin inkişafı kosmos, kiberməkan, eləcə də quru, dəniz və hava qüvvələrinin ənənəvi sahələrindədir. Bundan əlavə, ekspertlər qeyd edirlər ki, Çin qitələrarası raket arsenalını genişləndirir.

 

Buna görə də Konqres yeni müdafiə büdcəsi xərclərini kosmos və kiber əməliyyatlara, eləcə də səsdən sürətli texnologiyalara yönəltmək qərarına gəlib.

 

Bütün bunlara əlavə olaraq Tayvan məsələsi də ABŞ-ı çox narahat edir. ABŞ prezidenti Co Bayden qeyd edib ki, Vaşinqtonun Tayvanı müdafiə etmək öhdəliyi var. Dövlət Departamentinin rəhbəri Entoni Blinken isə çinli həmkarlarını əmin edib ki, ştatların Pekinlə olan münasibətləri çərçivəsindəki siyasəti dəyişməyib.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=168075

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930