Ermənistanda yeni müdafiə naziri TƏYİN OLUNDU

15.11.2021 - 13:42

Suren Papikyan Ermənistanda yeni müdafiə naziri təyin olunub.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Ermənistan prezidenti Armen Sarkisyan Arşak Karapetyanı müdafiə naziri vəzifəsindən azad edib və baş nazirin təklifi ilə bu vəzifəyə Suren Papikyanı təyin edib.

Digər sərəncamla Papikyan baş nazirin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, vəzifədən azad edilən Arşak Karapetyan bu il avqustun 2-də müdafiə naziri postuna gətirilmişdi.

Yeni Müdafiə naziri Suren Papikyan 26 aprel 1986-cı ildə Stepanavanda anadan olub. İrəvan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 2012-2016-cı illərdə Sankt-Peterburq Dövlət Universitetində aspiranturada oxuyub. 2018-ci ildə ərazi idarəetmə və inkişaf naziri təyin edilib. 2 avqust 2021-ci ildə prezidentin sərəncamı ilə o, Ermənistanın baş nazirinin müavini vəzifəsinə təyin edilib. 2016-cı ildə  Müdafiə Nazirliyinin “Qaregin Njde” medalı ilə təltif edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=168248

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930