Sərhədlər MÜƏYYƏNLƏŞİR – Ermənistan şərt irəli sürmək şansını itirib!

29.11.2021 - 16:05

Soçi görüşündə Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiya və delimitasiyası üzrə komissiya yaratmaq haqqında razılıq oldu. Artıq komissiyanın yaradılması və vaxt qrafikinin müəyyən eidlməsi istiqamətində işlərə başlanacağı gözlənilir.

 

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov açıqlamasında deyib ki, sərhədlərin demarkasiya və delimitasiyası bağlı təkcə Azərbaycanın deyil, həmçinin Rusiya və Türkiyənin də açıq mövqeyi var:

 

“Bütövlükdə Ermənistan Azərbaycanın və digər ölkələrin tələblərini yerinə yetirmək məcburiyyətindədir. Nəzərə almaq lazımdır ki, sərhədlərin müəyyənləşməsi ilə bağlı Ermənistanın heç bir iddia irəli sürməyə haqqı yoxdur. Çünki Ermənistan Vətən müharibəsində məğlub olan və bununla bağlı sənədə imza atan tərəfdir. Bu sənədin də üstündən bir ildən artıq müddət keçib. Bu müddət ərzində Ermənistan tərəfindən ləng addımlar atılıb. Nəhayət, Soçi razılaşmasından sonra Ermənistanın hansısa bir şərt irəli sürmədən konkret addımlar atması lazımdır. Sərhədlərin müəyyənləşməsi ilə bağlı şərtlər önümüzdəki həftə müəyyən olunacaq. Bununla bağlı Putinin də açıqlması oldu.Yəqin ki, Brüsseldəki görüşə qədər bu problem öz həllini tapacaq. Əlbəttə ki, burada sərhədlər Sovet dövrünün xəritələri əsasında həyata keçiriləcək. Bu xəritələrin də Rusiya Müdafiə Nazirliyinin qərargahında olduğunu bildiriblər”.

 

Ekspert deyib ki, xəritələrin xüsusilə Azərbaycanın mövqelərinə zidd olması ilə bağlı heç bir fakt yoxdur:

 

“Ermənistanın Azərbaycanın ərazi bötüvlüyünü tanımasından sonra Cənubi Qafqazda yeni mənzərə yaranacaq ki, bunu Soçi görüşündə Rusiya prezidenti Vladimir Putin də vurğulayıb. Eyni zamanda, Aşqabad sammitində də digər ölkələr bununla bağlı fikirlərini açıq şəkildə ortaya qoydular. Bu qədər qlobal maraqların kəsişdiyi nöqtədə məğlub olmuş Ermənistanın hansısa şərtlər irəli sürməyə haqqı yoxdur”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=168440

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2022
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31