Ombudsman ermənilərin ABŞ-dakı təxribatı ilə bağlı müraciət YAYDI

12.01.2022 - 18:06

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ABŞ-da yaşayan erməni əsilli radikalların təxribatı ilə bağlı müraciət yayıb.

Müraciətdə deyilir:

“Kütləvi informasiya vasitələrində yayılmış məlumata əsasən, bu günlərdə ABŞ-da yaşayan erməni əsilli radikallar 1973-cü ildə Kaliforniya ştatında türk diplomatlarını qətlə yetirmiş erməni terrorçu Qurgen Yanikyanın fotoşəklini Azərbaycanın Los-Ancelesdəki konsulluğunun binası qarşısından asıblar.

Bu isə bir daha təsdiq edir ki, Ermənistan Azərbaycana qarşı təxribatçı əməllərini xalqlar arasında dayanıqlı sülh və barışıq ideyalarının reallaşmasına maneə yaradan, qarşıdurmanı təşviq edən qızışdırıcı xarakterli nifrət dolu çağırışlarla xarici ölkələrdə də davam etdirir.

Xaricdə fəaliyyət göstərən erməni diaspor təşkilatları vasitəsilə ölkəmizə qarşı milli zəmində nifrət məzmunlu zorakılıq çağırışlarını kəskin şəkildə pisləyir, Ermənistanı regionda silahlı münaqişənin yenidən alovlanmasına yönəlmiş təxribatçı əməllərdən çəkinməyə, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmət bəsləməyə, qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq və dinc yanaşı yaşamaq prinsiplərinə əməl etməyə çağırıram”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=169398

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031