Qazaxıstanda həyat normallaşır

14.01.2022 - 17:52

Qazaxıstanda etiraz aksiyaları və zorakılıqlar səbəbindən yanvarın 5-də ölkə boyu elan edilmiş fövqəladə vəziyyət daha 4 rayonda ləğv edilib.

 

Qazaxıstan Rəyasət Heyətinin verdiyi fərmana əsasən, yanvarın 14-dən Çimkent,Türküstan, Qaraqandı və Şərqi Qazaxıstan əyalətlərində fövqəladə vəziyyət rejimi dayandırılıb.

 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KGAC) Sülh Korpusunun yanvarın 6-da ölkəyə ezam olunmuş əsgərlərinin çıxarılması prosesi başa çatıb.

 

Dünən Rusiya əsgərlərini, bu gün isə Qırğızıstan, Belarus, Tacikistan və Ermənistan əsgərlərini daşıyan 10-dan çox təyyarənin Almatı Hava Limanından ölkələrinə doğru qalxdığı açıqlanıb.

 

Ölkədə həyat normallaşdığı üçün əvvəllər fəaliyyəti dayandırılmış ikinci dərəcəli banklar və valyutadəyişmə məntəqələri açılıb. İnternetə giriş məhdudiyyətləri tamamilə aradan qaldırılıb. Ticarət və əyləncə mərkəzləri, restoran və yeməkxanalar müştərilərinə xidmət göstərməyə başlayıb.

 

Xatırladaq ki, yanvarın 5-də maye qazın bahalaşması ilə başlayan və sonra bütün ölkəyə yayılan və zorakılığa çevrilən etirazlar səbəbindən ölkənin 3 böyük şəhəri və 14 əyalətində fövqəladə vəziyyət elan edilmişdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=169490

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930