Türkiyədə seçkiyə bu partiyalar buraxıldı – SİYAHI

15.01.2022 - 14:21

Türkiyədə seçkilərə qatılacaq siyasi partiyaların adları açıqlanıb. Partiyaların siyahısı “Rəsmi qəzet”də dərc olunub. Siyahıda 24 partiyanın seçkilərdə iştirak hüququna malik olduğu qeyd edilib.

Bu siyahı Türkiyə Cümhuriyyətinin Yüksək Seçki Şurası (YSK) tərəfindən təsdiqlənib.

Qeyd edək ki, Mustafa Sarıgülün sədri olduğu Türkiyə Dəyişim Partiyası və Muharrem İncenin sədri olduğu Məmləkət Partiyasının siyahıda yer almaması diqqət çəkib.

Türkiyədə parlament seçkiləri prezident seçkiləri ilə birlikdə beş ildən bir keçirilir. Bu seçkilərdə ölkədə və xaricdə yaşayan seçicilər səs verə bilərlər. Yerli idarəetmə orqanlarına seçkilər də hər beş ildən bir keçirilir və bu, həmin ilin mart ayının son bazar günü baş tutur.

Türkiyədə növbəti seçkilər ən geci 18 iyun 2023-cü ildə keçiriləcək.

Seçkilərdə iştirak etmək hüququ olan siyasi partiyalar aşağıdakılardır:
1- Ədalət və İnkişaf Partiyası,

2- Ana Vətən Partiyası,

3- Müstəqil Türkiyə Partiyası,

4- Böyük Birlik Partiyası,

5- Cümhuriyyət Xalq Partiyası

6- Demokratiya və Atılım Partiyası,

7- Demokratik Sol Partiya,

8- Demokrat Partiyası,

9- Əmək Partiyası,

10- Gələcək Partiya,

11- Gənc Partiya,

12- Xalqların Demokratik Partiyası,

13- Azad Dava Partiyası,

14- İyi Partiya,

15- Millət Partiyası,

16- Milliyyətçi Hərəkat Partiyası,

17- Mühafizəkar Yüksəliş Partiyası,

18- Səadət Partiyası,

19- Sol Partiya,

20- Türkiyə İşçi Partiyası,

21- Türkiyə Kommunist Hərəkatı,

22- Türkiyə Kommunist Partiyası,

23- Vətən Partiyası

24- Yenidən Rifah Partiyası.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=169531

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930